Azərbaycan “Tank”ı GFC liqasında qüvvəsini sınayacaq

30 May 03:40 Digər növlər 321
Azərbaycan “Tank”ı GFC liqasında qüvvəsini sınayacaq

Azərbaycanın və ASED təşkilatının MMA döyüşçüsü Turac Əliyev növbəti sınağına çıxacaq.

Sportinfo.az xəbər verir ki, "Tank" ləqəbli döyüşçümüz mayın 30-da GFC liqasının turnirində qüvvəsini sınayacaq.

61 kq çəkidə çıxış edən idmançımız Gürcüstanın paytaxtı Tbilisidə kəmər uğrunda döyüşəcək. Onun rəqibi yerli Dmitri Bolkavadze olacaq.

Bu, peşəkar karyerasında 6 qələbəsi olan Turacın 8-ci döyüşüdür. Bolkavadze isə 10 sınaqdan 8-də qalib gəlib.

“Tank” GFC liqasında keçirdiyi 2 döyüşdə məğlubedilməz rəqibləri Nika Jakoniya (8 qələbə) və Badri Potshraşvili (6 qələbə) üzərində qələbələri sıralayıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 23:20 Portuqaliya klubuna getdi
19 İyul 18:10 Çək və bizə göndər!
19 İyul 16:20 "İmişli" budur - 2:1!