
Sofi Bekker irlandiyalı yüngül atletdir.
Sportinfo.az xəbər verir ki, o, 400 metr məsafəyə qaçış üzrə ixtisaslaşıb.
28 yaşlı idmançı İrlandiyanı Olimpiya Oyunlarında və dünya çempionatlarında təmsil edib.
O, 2024-cü il Avropa çempionatında 4x400 metr estafet qaçışında gümüş medal qazanıb və komanda ilə birlikdə İrlandiyanın yeni milli rekordunu müəyyənləşdirib.
Bundan əlavə, Sofi sosial şəbəkələrdə aktivliyi ilə də tanınır. O, "Instagram"dakı izləyicilərini tez-tez yeni fotoları ilə sevindirir.
Fanatları onu ən gözəl qadın idmançı hesab edirlər.