Azərbaycan gimnastları Avropa Kubokunda uğurlu nəticələr əldə etdi

19 May 21:40 Digər növlər 77
Azərbaycan gimnastları Avropa Kubokunda uğurlu nəticələr əldə etdi

Bolqarıstanın Burqas şəhərində keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda Azərbaycan təmsilçiləri uğurlu nəticələr qazanıblar.

Sportinfo.az xəbər verir ki, böyüklərdən ibarət qrup hərəkətləri komandası 3 top, 2 halqa ilə proqramda (25.150 xal) gümüş, gənclərdən ibarət qrup hərəkətləri komandası çoxnövçülük (44.000 xal) və 5 halqa (23.650 xal) ilə proqramda iki bürünc medal əldə ediblər.

İdmançılar fərdi çıxışlarda da öz bacarıqlarını məharətlə göstəriblər.

Fidan Qurbanlı gürzlərlə (25.866 xal), Şəms Ağahüseynova isə lent ilə proqramda (25.299 xal) gümüş medala yiyələniblər.

Digər Xəbərlər
Xəbər Lenti
19 May 15:40 21-ci dəfə çempion
19 May 03:40 Nazir XƏBƏR VERDİ