“Bakıda əla nəticəyə nail oldum, çox razı qaldım"

22 Aprel 2025 03:20 Digər növlər 495
“Bakıda əla nəticəyə nail oldum, çox razı qaldım"

"Bakıda revanş ala bildim".

Sportinfo.az xəbər verir ki, bunu Bakıda keçirilmiş bədii gimnastika üzrə Dünya kubokunda qızıl medl qazanmış Sofiya Raffaeli deyib.

Paris-2024 Yay Olimpiadasında çoxnövçülükdə qızıl medal əldə edən italiyalı gimnast bu mövsüm Dünya kuboku seriyasında ilk qələbəsinə yiyələnib:

"Çox xoşbəxtəm. On görə ki, çoxnövçülüyü səhvsiz başa vurdum.

Dünya kubokunun mərhələlərində yalnız Sofiyada fəxri kürsüdə yer ala bilmişdim. Bakıda əla nəticəyə nail oldum və çıxışdan çox razı qaldım".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti