COP29

"Çalışacağıq ki, bəzi səhvlər üzərində işləyək, rəqabət bizi qorxutmur"

29 May 02:40 Digər növlər 410
"Çalışacağıq ki, bəzi səhvlər üzərində işləyək, rəqabət bizi qorxutmur"

"Rəqabət bizi qorxutmur, əksinə daha güclü edir".

Sportinfo.az xəbər verir ki, bu sözləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən gimnastika üzrə Avropa çempionatında çıxışını başa vuran qrup hərəkətləri üzrə Azərbaycan komandasının üzvü Güllü Ağalarzadə deyib.

O, əsas məqsədləri olan "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazandıqları üçün xoşbəxt olduğunu bildirib:

"Düzdür, Parisə lisenziyamız təsdiqlənməsə də, yaxın zamanda Beynəlxalq Gimnastika Federasiyası tərəfindən bu qərar qəbul olunacaq.

Üç lent və iki topla hərəkəti bitirdikdən sonra hakimdən gələcək xalı gözləyirdik. Ancaq bacardığımıza inanırdıq.

Bizə hər zaman dəstək olan Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya təşəkkür edirik.

Məhz onun qayğısı sayəsində uğurlar qazanırıq. Çalışacağıq ki, bəzi səhvlər üzərində işləyək və "Paris-2024" Yay Olimpiya Oyunlarına tam hazır formada yollanaq".

Milli komanda çoxnövçülük proqramında (5 halqa; 3 lent və 2 top) 70,200 xal toplayaraq 4-cü yeri tutub.

Həmçinin yığmamız 3 lent və 2 top proqramı üzrə 4-cü (33,350), halqalarla çıxışda isə 6-cı sırada (36,600) qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!