Azərbaycan çempionatları keçiriləcək - Kişi və qadın idman gimnastikası üzrə

29 Noyabr 2023 15:20 Digər növlər 195
Azərbaycan çempionatları keçiriləcək - Kişi və qadın idman gimnastikası üzrə

Noyabrın 30-da kişi idman gimnastikası üzrə 28-ci Azərbaycan çempionatı və açıq Bakı birinciliyi, qadın idman gimnastikası üzrə 7-ci ölkə çempionatı və Bakı birinciliyi start götürəcək.

Sportinfo.az xəbər verir ki, iki gün davam edəcək yarışlar Milli Gimnastika Arenasının köməkçi zalında təşkil olunacaq.

Turnirdə “Ocaq Sport Klubu”, Bakı Gimnastika Məktəbi, Sumqayıt Olimpiya İdman Kompleksi, Zirə Mədəniyyət Mərkəzi və Balakəni təmsil edən 60 idmançı qüvvəsini sınayacaq.

Kişi gimnastlar kiçiklər (2016-cı il təvəllüdlü), balacalar (2014-2015-ci il təvəllüdlü), uşaqlar (2012-2013-cü il təvəllüdlü), yeniyetmələr (2010-2011- ci il təvəllüdlü), gənclər (2008-2009-cu il təvəllüdlü, B kateqoriyası; 2006-2007-ci il təvəllüdlü, A kateqoriyası), böyüklər (2005-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyaları üzrə ustalıqlarını nümayiş etdirəcəklər.

Qadın gimnastlar isə uşaqlar (2012-2013-cü il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü), gənclər (2008-2010-cu il təvəllüdlü), böyüklər (2007-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyaları üzrə çıxış edəcəklər.

Qaliblər yaş qruplarına müvafiq olaraq fərdi çoxnövçülük proqramında, eləcə də kişilər və qadınlar arasında ayrı-ayrı alətlər (kişilər - sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, parallel qollar, turnik; qadınlar - dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) üzrə müəyyənləşəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Fevral 21:40 Arda “Real”da qalacaq
24 Fevral 20:30 Laçından GÖZƏL VİDEO
24 Fevral 19:30 Çək və bizə göndər!
24 Fevral 16:40 Nəhayət, o, getdi…