Gəncə ev sahibliyi edəcək - III MDB Oyunlarına

7 Avqust 2023 01:20 Digər növlər 839
Gəncə ev sahibliyi edəcək - III MDB Oyunlarına

Azərbaycanda 2025-ci ildə keçiriləcək III MDB Oyunlarına Gəncə ev sahibliyi edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini Mariana Vasileva açıqlama verib.

O bildirib ki, Azərbaycanın Bakıdan sonra ikinci ən böyük şəhərində bu məqsədlə yeni müasir kompleks tikilir:

"Bölgələrdə yarışların keçirilə biləcəyi fikri xoşumuza gəldi. Şurada format müzakirə olunacaq.

İstənilən ölkə daha çox inkişaf etmiş idmana önəm verir.

Düşünürəm ki, biz əsas olimpiya idman növlərinə və bütün ölkələr üçün ənənəvi olan qeyri-olimpiya idman növlərinə diqqət yetirəcəyik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti