Azərbaycan təmsilçisi dünya çempionatının finalına vəsiqə qazandı – Dördüncü dəfə

4 Avqust 2023 15:20 Digər növlər 608
Azərbaycan təmsilçisi dünya çempionatının finalına vəsiqə qazandı – Dördüncü dəfə

Azərbaycan para-üzgüçüsü Roman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında 4-cü dəfə finala vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, üçqat paralimpiya çempionu 100 metr məsafəyə sərbəst üzməkdə 53.60 saniyə nəticə göstərib.

Final yarışı bu gün, saat 21:51-də başlayacaq.

Roman Saley dünya çempionatında artıq 3 medal qazanıb. O, 100 metr məsafəyə arxasıüstə üzməkdə ikinci, eyni məsafədə butterflyay üsulu və 50 metr məsafəyə sərbəst üzməkdə üçüncü yeri tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 16:50 Çək və bizə göndər!