Bakıda keçiriləcək Avropa çempionatının püşkü atıldı

5 Mart 2023 01:50 Digər növlər 470
Bakıda keçiriləcək Avropa çempionatının püşkü atıldı

Bakıda təşkil olunacaq bədii gimnastika üzrə 39-cu Avropa çempionatının püşkü atılıb.

Azərbaycan Gimnastika Federasiyasından (AGF) Sportinfo.az-a verilən məlumata görə, mərasim “Şahdağ” yay-qış turizm mərkəzində baş tutub.

Tədbirdə Avropa Gimnastikasının bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Yevangeliya Trikomiti, komitə üzvləri Yelena Aliprandi, Yevgeniya Vilyayeva, Eliso Bedoşvili, Aleksanda Piskupesku, İzabel de Kossio, Kristiana Todorova, AGF-nin İcra Komitəsinin üzvü, gənclər və idman nazirinin müavini Mariana Vasileva, AGF-nin baş katibi Nurlana Məmmədzadə, idman direktoru Natalya Bulanova və digər nümayəndələr iştirak ediblər.

Yarış 17 - 21 mayda gerçəkləşəcək. Bu, Azərbaycanın bədii gimnastika üzrə təşkil edəcəyi 5-ci Avropa çempionatıdır.

Digər Xəbərlər
Xəbər Lenti