Azərbaycan yığmasının üzvü viza problem ilə üzləşdi - Avropa çempionatını buraxacaq

21 Yanvar 02:40 Digər növlər 296
Azərbaycan yığmasının üzvü viza problem ilə üzləşdi - Avropa çempionatını buraxacaq

Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Finlandiyanın Espoo şəhərində keçiriləcək Avropa çempionatını buraxacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə TASS-a Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev açıqlama verib.

O bildirib ki, 22 yaşlı idmançı viza ala bilmədiyi üçün yarışa qatılmayacaq:

"Finlandiyanın Azərbaycanda səfirliyi yoxdur. Viza almaq üçün Türkiyənin paytaxtı Ankaraya uçmalı idi. Litvintsev isə hazırda dünya çempionatına hazırlaşır".

Rusiyalı fiqurlu konkisürən Azərbaycan yığmasının heyətində 2018-ci ildə Minskdə keçirilmiş Avropa çempionatında debüt edib.

O, Pekin-2022 Qış Olimpiya Oyunlarında 18-ci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
20 Mart 10:40 Nə TƏKLİFİNİZ var?
20 Mart 09:00 "Zirə" ilə yoldaşlıq
20 Mart 01:50 O, necə gözəl qalıb?