Bu dəfə Qubada - FOTOLAR

20 İyun 2022 03:50 Digər növlər 497
Bu dəfə Qubada - FOTOLAR

Quba rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Autizm Assosiasiyası” İctimai Birliyi tərəfindən icra olunan “Bocce idman növü vasitəsilə autizmli uşaqların reabilitasiyası üsulunun təşviqi” layihəsi çərçivəsində təşkil olunan növbəti təlim Quba şəhərində keçirilib.

Sportinfo.az xəbər verir ki, təlimdə Quba rayonunda autizmli uşaqların reabilitasiyasında iştirak edən reabilitasiya mərkəzlərinin, sağlamlıq müəssisələrinin, idman cəmiyyətlərinin və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Təlimi açıq elan edən “Autizm Assosiasiyası” İctimai Birliyinin sədri Elnur Məmmədov layihənin məqsədi və təlim barədə məlumat verib. Nəzəri və praktiki hissələrdən ibarət təlim sessiyaları bocce idman növü sahəsində ixtisaslaşan və beynəlxalq təlim proqramlarının iştirakçısı Tofiq Məmmədov tərəfindən aparılıb.

Nəzəri hissədə bocce idman oyunun tarixinə nəzər salınıb, oyun qaydaları barədə məlumat verilib, autizmli uşaqların reabilitasiyası sahəsində bu idman növünün tətbiqinin faydaları haqqında danışılıb. Bocce idman meydançası üzərində təşkil olunan təlimin praktiki hissəsində oyunun təşkili qaydaları nümayiş etdirilib.

Bocce idman növü təlim iştirakçılarının xüsusi marağına səbəb olub. Bu səbəbdən autizmli uşaqların reabilitasiyası ilə yaxından işləyən müəssisələrin nümayəndələri hədəf qrupları ilə əlaqədar tətbiq etdikləri reabilitasiya proqramlarında bocce idman növünün elementlərindən geniş istifadə edəcəklərini bildiriblər.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu