Fərid Qayıbov statusu dayandırılan federasiyalardan nə yazdı?

9 May 2022 23:00 Digər növlər 826
Fərid Qayıbov statusu dayandırılan federasiyalardan nə yazdı?

"Apreldə 3 federasiyanın akkreditasiyası təsdiqlənib, 3 federasiyanın isə statusu dayandırılıb".

Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov ötən ay statusu dayandırılan federasiyalar barədə öz qeydində yazıb.

Nazir bu fəaliyyətin yekunda daha optimal idman sisteminin qurulmasına və milli komandaları formalaşdıran federasiyaların güclənməsinə kömək edəcəyinə inandığını bildirib:

"Bu ay Kamandan Oxatma Federasiyasının və Azərbaycan Yelkənli İdman Federasiyasının ümumi yığıncaqları keçirilib, qurumların rəhbərlikləri seçilib".

Ötən ay "Azərbaycan Sindo-Ryu və Pençak Silat Federasiyası", “Azərbaycan Məktəb İdmanları Federasiyası” İB və “Azərbaycan Karlar İdmanı Federasiyası” İB-nin federasiya statusları dayandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda