Bakıda keçiriləcək Dünya Kubokunda 14 ölkə iştirak edəcək

26 Yanvar 2022 22:00 Digər növlər 447
Bakıda keçiriləcək Dünya Kubokunda 14 ölkə iştirak edəcək

Fevralın 13-də Bakıda start götürəcək batut gimnastikası üzrə Dünya Kubokunun iştirakçı ölkələrinin sayı açıqlanıb.

Sportinfo.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi feysbuk hesabına istinadən xəbər verir ki, Milli Gimnastika Arenasındakı yarışa 14 ölkədən 63 idmançı qatılacaq.

Dünya Kuboku 2022-ci ildə ölkədəki ilk beynəlxalq turnir olacaq. Yarışlar İdman TV telekanalı vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, Dünya Kuboku iki gün davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular