Əliyev bu dəfə başqa federasiyanın baş katibi oldu - FOTO

20 Yanvar 2022 02:10 Digər növlər 419
Əliyev bu dəfə başqa federasiyanın baş katibi oldu - FOTO

Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) vitse-prezidenti Kamil Hüseynovun sədrliyi ilə qurumun İdarə Heyətinin iclası olub.

Sportinfo.az xəbər verir ki, AMAF-ın baş katibi postuna namizədliyi irəli sürülən Fərhad Əliyev iclas iştirakçılarına təqdim edilib.

İdarə Heyəti üzvləri yekdilliklə F.Əliyevin federasiyaya baş katib seçilməsinə səs veriblər.

Fərhad Əliyev 2012-ci ilin iyunundan 2022-ci ilin yanvarınadək Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi vəzifəsində çalışıb.

O, 2017 - 2021-ci illərdə Avropa Velosipedçilər Birliyinin səlahiyyətli nümayəndəsi kimi beynəlxalq federasiyanın konqreslərində səsvermə hüququna malik 15 nümayəndəsindən biri olub.

Həmçinin 2018-ci ildən Beynəlxalq Velosipedçilər İttifaqının Asiya və Yaxın Şərq ölkələri üzrə texniki kuratorudur.

Digər Xəbərlər
Xəbər Lenti