Federasiyanın baş katibi: “Bunun üzərində işlər davam edir”

08:00 Digər növlər 928
Federasiyanın baş katibi: “Bunun üzərində işlər davam edir”

Azərbaycan Alpinizm Federasiyası bu il ölkədə beynəlxalq tədbirin keçirilməsi üçün çalışır.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a müsahibəsində qurumun baş katibi Sənan Rəsulov bildirib.

O, bu yöndə işlərin görüldüyünü söyləyib:

"Planımızda belə tədbir nəzərdə tutulub. Bunun üzərində işlər davam edir. Bu il beynəlxalq tədbirin Azərbaycanda təşkili üçün çalışırıq. Digər ölkələrin federasiyalarından məktublar alırıq. Onlarla mütəmadi olaraq əlaqədəyik, dostluq münasibətlərimiz var. Eyni zamanda, Azərbaycan Alpinizm Federasiyası Beynəlxalq İdman Dırmanması Federasiyasının üzvüdür. Beynəlxalq qurumla da qarşılıqlı əməkdaşlığı inkişaf etdiririk. Bu il üçün beynəlxalq tədbir nəzərdə tutmuşuq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti