Azərbaycan millisində baş məşqçi dəyişikliyi oldu

23 Sentyabr 2021 21:20 Digər növlər 538
Azərbaycan millisində baş məşqçi dəyişikliyi oldu

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) güllə atıcılığı növü üzrə milli komandasının baş məşqçisi Əkbər Muradov istefaya göndərilib.

Sportinfo.az xəbər verir ki, 53 yaşlı mütəxəssis öz istəyi ilə postundan ayrılıb.

Onu Yusif Abdullayev əvəzləyib.

Azərbaycanın güllə atıcıları Tokio-2020 Yay Paralimpiya Oyunlarını medalsız bitirib. Əkbər Muradov idmançı karyerasında üç dəfə dünya, bir dəfə isə Avropa çempionatında bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti