“Burada əsas qəhrəmanlar azərbaycanlı dünya çempionları olacaq” – FOTO

1 İyun 03:40 Digər növlər 845
“Burada əsas qəhrəmanlar azərbaycanlı dünya çempionları olacaq” – FOTO

“Burqasda keçiriləcək yarışın əsas qəhrəmanları hazırkı dünya çempionları Rəziyyə Seyidli – Ağasif Rəhimov cütlüyü və Daniel Abbasov – Murad Rəfiyev kişi cütlüyü olacaq”.

Sportinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) rəsmi saytı Bolqarıstanda mayın 30-da start götürəcək akrobatika üzrə Dünya kubokuna həsr olunmuş yazıda qeyd edib.

Yarışda 12 ölkədən 90-dan çox idmançı iştirak edəcək. Onlar qadın və kişi qrupları, cütlüklər və qarışıq cütlüklər üzrə beş medal dəsti uğrunda mübarizə aparacaqlar:

“Burqasda kişi cütlüklərinin mübarizəsi, bəlkə də, ən rəqabətli yarış olacaq. Azərbaycanlı dünya çempionları ilə yanaşı, ABŞ-dan Osselodkov qardaşları və balans hərəkətləri üzrə 2022-ci ilin dünya çempionları – Qazaxıstandan Vadim Şulyar və Daniel Dil də mükafatlara əsas namizədlərdir”.

Burqasdakı yarış bir çox idmançılar üçün avqustda Çində, Çendu şəhərində keçiriləcək Dünya Oyunlarına hazırlıq baxımından mühüm mərhələ olacaq.

FIG:

FIG:

Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 23:20 Portuqaliya klubuna getdi
19 İyul 18:10 Çək və bizə göndər!
19 İyul 16:20 "İmişli" budur - 2:1!