"Bu dəfə belə alındı" - Azərbaycan millisinin baş məşqçisi

24 İyun 2021 20:00 Digər növlər 789
"Bu dəfə belə alındı" - Azərbaycan millisinin baş məşqçisi

"Yenidən Avropa çempionarına qatılmaq əla olardı. Amma bu dəfə belə alındı".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Albaniyanın "News24" telekanalına müsahibəsində Avropa çempionatı ilə bağlı fikirlərini bölüşərkən deyib.

İtaliyalı mütəxəssis bildirib ki, qeydə alınan sürpriz nəticələr əsasında proqnoz vermək çətindir.

İtaliya yığmasının finala çıxacağına ümidvar olduğunu vurğulayan De Byazinin fikrincə, bu barədə danışmaq üçün tezdir:

"İtaliya qrup oyunlarında yaxşı nəticələr qazandı. Demək olar ki, start ideal oldu. Doğma komandamla yanaşı, Belçika, Fransa və İngiltərənin də finala yüksələ biləcəyini düşünürəm".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!