"Uğursuzluq oldu, mən və komanda səhvlər etdik"

5 İyun 2021 17:00 Digər növlər 432
"Uğursuzluq oldu, mən və komanda səhvlər etdik"

"Bu qələbə mənim üçün çox şey deməkdir. İlk iki mərhələdə nəticələrimiz yaxşı deyildi.

Uğursuzluq oldu, mən və komanda səhvlər etdik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Formula 2" üzrə Azərbaycan Qran-prisində ilk sprint yarışının qalibi olan "Prema Racing" komandasının pilotu Robert Şvartsman deyib.

Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. 21 yaşlı sürücü böyük qələbə hissi yaşadığını söyləyib:

"Bolidimin qaydasında olduğunu və sürət baxımından ilk “3-lüy”də yer almağa imkan verdiyini bilirdim. Həftəsonuna qələbə ilə başladığım üçün şadam. Qarşıda iki yarış var. Maraqlı olacağını deyə bilərik".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!