Olimpiadanın ləğvini dəstəklədi - Yaponların əksəriyyəti

26 Yanvar 2021 02:24 Digər növlər 522
Olimpiadanın ləğvini dəstəklədi - Yaponların əksəriyyəti

Yaponların təxminən 86%-i hesab edir ki, koronavirus pandemiyasına görə bu yay Tokioda Olimpiya oyunlarını keçirmək olmaz.

Sportinfo.az xəbər verir ki, bunu “Asahi Shimbun” sorğusunun nəticələri üzə çıxarıb.

Sorğuda iştirak edən respondentlərin 51%-i yarışların tarixinin növbəti dəfə təxirə salınmasını dəstəkləyiblər, rəyi soruşulanların 35%-i bildirib ki, Olimpiada lazımdır.

Sorğuda iştirak edən hər on yapondan biri oyunların müəyyən edilmiş müddətə keçirilməsinə əminliyini ifadə edib.

Tədqiqat yanvarın 23-dən 24-dək telefonla aparılıb. Yanvarın 21-də “The Times” bildirib ki, Yaponiya hökuməti Olimpiya oyunlarının COVID-19 pandemiyasına görə bu il də ləğv edilməsi qərarına gəlib.

KİV-in məlumatına görə, ölkə rəhbərliyi Tokionun yenidən ev sahibliyi etmə ehtimalını qoruyaraq oyunların ləğv olunduğunu elan etmək üçün bir yol axtarır.

Yaponiyada Tokio-2020 Yay Olimpiya Oyunları ötən ilin yayında keçirilməli idi, ancaq koronavirus pandemiyasına görə oyunlar 2021-ci ilin yayına təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"