Əsgər və zabitlərimizə QIZIL göndərəcək - FOTO

26 Oktyabr 2020 12:30 Cüdo 1 161
Əsgər və zabitlərimizə QIZIL göndərəcək - FOTO

"Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən bu medalı şəhidlərimizə həsr edirəm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turnirində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanan Azərbaycan idmançısı Rüstəm Orucov deyib.

“Burada qazandığım mükafatı inşallah əsgər və zabit qardaşlarımıza göndərəcəm. Qarabağ Azərbaycandır”, - deyə o əlavə edib.

Cdoçumuz nüfuzlu yarışda Monqolustan, Bolqarıstan, Rusiya, İsveç təmsilçilərinə qalib gələrək finala çıxıb.

R.Orucov qızıl medal uğrunda qarşılaşmada İsveçrə nümayəndəsi Nils Stampı məğlub edərək əsgər salamı verib. Beləliklə, Azərbaycan təmsilçisi Macarıstan yarışını fəxri kürsünün ən yüksək pilləsində başa vurub

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!