"Əmin idim ki, qələbəni heç vaxt rəqibimə verməyəcəm"

11 İyul 2022 01:10 Cüdo 764
"Əmin idim ki, qələbəni heç vaxt rəqibimə verməyəcəm"

Sportinfo.az xəbər verir ki, “Euronews” xəbər kanalı Macarıstanda keçirilən Böyük Dəbilqə turniri haqqında verdiyi süjetdə qalib cüdoçumuz Hidayət Heydərova da yer ayırıb.

Süjetdə bildirilir ki, -73 kq çəki dərəcəsində yarışan Heydərov dünya çempionu olan gürcüstanlı Laşa Şavdatuaşvilini “golden score” bölümündə geridə qoyub.

Cüdoçumuz müsahibəsində bildirib ki, o çox inamlı, eyni zamanda karyerasında çox önəmli mərhələ olan final üçün həyəcanlı idi:

“Səhər oyananda özümü gümrah hiss edirdim və finalda olacağımı bilirdim. Finala çıxanda isə artıq əmin idim ki, qələbəni heç vaxt rəqibimə verməyəcəm.

Buna görə də qızıl medal qazanacağıma əmin idim.”

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar