Çempionlar Liqasında pley-offun püşkü atıldı – CÜTLƏR

1 Sentyabr 2020 14:18 Çempionlar Liqası 1 816
Çempionlar Liqasında pley-offun püşkü atıldı – CÜTLƏR

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.

UEFA-nın mənzil-qərargahındakı tədbirdə pley-offun 6 cütü müəyyənləşib. Bunlardan dördü Çempionlar, ikisi Liqa yolunun cütləridir. Azərbaycan çempionu “Qarabağ”ın Norveç “Molde”si ilə təşkil etdiyi cütün mümkün rəqibi də bəlli olub.

Əvvəlki mərhələlərdən fərqli iki matçdan ibarət pley-offun ilk oyunları sentyabrın 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.

Pley-off
Çempionlar yolu

“Slaviya” (Çexiya) - “Midtülland” (Danimarka)/“Yanq Boyz” (İsveçrə) cütünün qalibi
“Makkabi” (Təl-Əviv, İsrail)/“Dinamo” (Belarus) cütünün qalibi - “Zalsburq” (Avstriya)
“Olimpiakos” (Yunanıstan) - “Omoniya” (Kipr)/“Srvena Zvezda” (Serbiya) cütünün qalibi
“Qarabağ” (Azərbaycan)/“Molde” (Norveç) cütünün qalibi - “Ferensvaroş” (Macarıstan)/“Dinamo” (Xorvatiya) cütünün qalibi

Liqa yolu
“Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan)/“Benfika” (Portuqaliya) cütünün qalibi
“Gent” (Belçika)/“Rapid” (Avstriya) cütünün qalibi - “Dinamo” (Ukrayna)/“Alkmaar” (Niderland) cütünün qalibi

Digər Xəbərlər
Xəbər Lenti