"Dinamo"nun aparıcı siması “Qarabağ" haqda nə söylədi?

20 Avqust 2024 00:30 Çempionlar Liqası 1 815
"Dinamo"nun aparıcı siması “Qarabağ" haqda nə söylədi?

"Dinamo"nun müdafiəçisi Stefan Ristovski ölkə çempionatında "Şibenik" üzərində qazanılan qələbəni (3:0) şərh edərkən, Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”la Zaqrebdə keçirəcəkləri ilk oyuna da toxunub.

Sportinfo.az "Germanijak" portalına istinadən xəbər verir ki, Xorvatiya nəhənginin aparıcı üzvü Ağdam klubu ilə oyuna da eyni ruh yüksəkliyi ilə çıxacaqlarını bildirib:

"Şibenik"ə qarşı əla oynadıq. Düzgün yanaşmamız var idi.

Ciddi müdafiə oyunu nümayiş etdirdik və aktiv olduq. Mən çox məmnunam.

İndi Çempionlar Liqasına start verəcəyik. İnanıram ki, “Qarabağ”la oyunda da eyni ruh yüksəkliyi ilə oynayacağıq".

Komandalar arasında ilk oyun avqustun 20-də “Maksimir” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu