Problemi yaranan hücumçu rəhbərliklə görüşdü, istəyini dedi

19 İyun 2024 00:10 Çempionlar Liqası 680
Problemi yaranan hücumçu rəhbərliklə görüşdü, istəyini dedi

“Barselona”nın hücumçusu Joao Feliks növbəti mövsümdə də komandada qalmaq istəyir.

Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu klub rəhbərliyi ilə görüşdə istəyini açıqlayıb.

“Barselona” “Atletiko” ilə yenidən icarə müqaviləsi üzrə razılığa gələ bilsə belə, maliyyə problemləri səbəbindən futbolçunu qeydiyyatdan keçirə bilməyəcək.

“Barselona”nın 40 milyon avro ödədiyi hücumçu Vitor Rokenin də oxşar problemi var. Futbolçu yaxın vaxtlarda məzuniyyətini yarımçıq qoyaraq, yeni mövsüm üçün məşqlərə başlamağa hazırdır.

Bununla belə, braziliyalı futbolçu icarəyə verilə bilər, çünki onun da qeydiyyatdan keçməsi ehtimalı azdır.

Digər Xəbərlər
Xəbər Lenti