Ölkəmizdə bu komandanın adı və loqosu dəyişdirildi

1 Sentyabr 16:40 II Divizion 825
Ölkəmizdə bu komandanın adı və loqosu dəyişdirildi

II Liqada çıxış edən "Sheki City"nin adı və loqosu dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, "Sheki City" bundan sonra yarışlarda "Şəki" adı altında mübarizə aparacaq.

Klub ad və loqo dəyişikliyi ilə bağlı bütün sənədləşmə işlərini başa çatdırıb və zəruri sənədlər Peşəkar Futbol Liqasına təqdim edilib.

Liqaların Əsasnaməsinin müvafiq bəndinə əsasən, adı dəyişdirilmiş klub əvvəlki klubun PFL üzvlüyünə malik olur, yarışlarda iştirak etməklə bağlı əvvəllər ortaya çıxan bütün öhdəlikləri yerinə yetirir.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO