"Onlar iki fərqli oyunçudur" - Ronaldo ilə Mbappeni müqayisə etdii

21 Noyabr 2025 15:20 Dünya futbolu 477
"Onlar iki fərqli oyunçudur" - Ronaldo ilə Mbappeni müqayisə etdii

“Real”ın qapıçısı Tibo Kurtua komanda yoldaşı Kilian Mbappe ilə “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonu liderlik baxımından müqayisə edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı qolkiper, hər iki futbolçunun fərqli xüsusiyyətlərə sahib olduğunu bildirib:

“Mbappe və Ronaldo – kim daha yaxşı liderdir və aralarındakı fərq nədir? Kriştiano ilə oynamamışam, çünki mən “Real”a gəldiyim yay o, artıq “Yuventus”a keçmişdi.

Onlar iki fərqli oyunçudur, amma düşünürəm ki, Ronaldonun qalibiyyət mentaliteti Kiliandan bir qədər çoxdur”.

O, həmçinin, Mbappenin bu mövsümdə göstərdiyi yüksəlişi xüsusi vurğulayıb:

“Bu il Mbappe həmin mentaliteti daha yaxşı göstərir. O, oyun səviyyəsini artırıb və komandaya əslində necə liderlik edəcəyini nümayiş etdirir.

Onun lider olduğu açıq görünür və hər matçda bu daha da aydın şəkildə ortaya çıxacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti