Avrokuboklara getmək istəyən klub bu yerliyə müqavilə təklif etmədi

21 Noyabr 2025 20:40 Zirə 1 598
Avrokuboklara getmək istəyən klub bu yerliyə müqavilə təklif etmədi

Qışda «Zirə»dən ayrılacaq ilk futbolçunun kimliyinə aydınlıq gəlib.

Bu, Fuad Bayramovdur.

Qəsəbə təmsilçisi üçüncü mövsümdür onun formasını geyinən müdafiəçiyə yeni müqavilə təklif etməyib.

«Qobu» ləqəbli cinah oyunçusunun sözləşməsi dekabrda başa çatacaq, bununla belə, onunla danışıqlar aparılmayıb.

Yenidən avrokubouklara vəsiqə qazanmaq istəyində olan «qartallar»ın yanaşması anlaşılandır.

Bayramov əsas heyətdəki yerini çoxdan itirib. Rəqabətə tab gətirmədiyindən, nadir hallarda meydana çıxır. Elə isə burada qalmasının nə mənası?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM