Görəvə gəldi, şərt qoydu, vəd verdi - İşimə qarışmayın, klubu Premyer Liqada saxlayacam

13:20 Hadisə 163
Görəvə gəldi, şərt qoydu, vəd verdi - İşimə qarışmayın, klubu Premyer Liqada saxlayacam

Daha öncə xəbər verdiyimiz kimi, «Karvan»da yeni səlahiyyət bölgüsü aparılıb.

Premyer Liqada ilk dövrəni baş məşqçi kimi keçirən Azər Həşimov artıq kağız üzərindəki «iqtidar»ını itirib.

İndiyədək formal olaraq bui şi görən mütəxəssis indi bu imkanı da əldən verib. Komandanın idarəetməsi Zaur Hacıyevə tapşırılıb.

2024-cü ilin yayında «Qəbələ»dən dəvət olunmuş məşqçi bundan sonra nəticələrə məsuliyyət daşıyacaq.

Saytımız bu yeniliklə bağlı maraqlı məlumat əldə edib.

Aldığımız informasiyaya görə, Z.Hacıyev klub rəhbərliyinə zəmanət verib. Ki, işinə qarışan olmasın, o, «Karvan»ı elitadan aşağı yuvarlanmağa qoymayacaq.

Yevlax təmsilçisi çempionatın birinci yarısını yaxşı keçirməyib. 14 ildən sonra elitaya dönmüş «sarvanlar» 11 tur ərzində 5 xal toplayıb.

«Karvan» bu xal ehtiyatı ilə turnir cədvəlinin 11-ci pilləsində məskunlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 23:40 “And-aman edirdi ki...”