Premyer Liqanın sürpriz klubu çempionluğa oynayanla danışıq aparır

21:20 Hadisə 297
Premyer Liqanın sürpriz klubu çempionluğa oynayanla danışıq aparır

“Kəpəz”lə oyunda aldığı zədə səbəbindən ötən ay əməliyyat olunan Vüsal Qənbərovun yaşıl meydanlara dönüş vaxt aparacaq.

“İmişli”nin yarımmüdafiəçisi qamış sümüyünün sınığı səbəbilə intramedüllar çivi ilə osteosintez əməliyyatı icra edilib, incik sümüyündəki qırığa isə alçı sarğı tətbiq olunub.

23 yaşlı yarımmüdafiəçi azı 3 ay futbol oynamayacaq. Qayıdandan sonra komandaya nə dərəcədə fayda verəcəyi də sual altındadır.

Məlum itkini nəzərə alan baş məşqçi Jorj Kaşkilya qış fasiləsində klub rəsmilərindən Vüsalın yerinə başqa yerli futbolçunun cəlb olunmasının vacibliyini xahiş edib.

Götür-qoy edəndən sonra Elnur Cəfərov variantı ağlabatan sayılıb.

Portuqaliyalıya Elnur barədə məlumat verilib, vaxtilə “İmişli”də oynadığı deyilib, hazırda I Liqanın elitaya vəsiqə qazanmağa namizəd təmsilçisi “Şəfa”nın sıralarında yer alması diqqətinə çatdırılıb.

Odur ki, danışıqlara start verilib. Hazırda Cəfərovla Premyer Liqanın debütantı arasında danışıqlar və müzakirələr gedir.

Qış fasiləsində “İmişli”nin səhifəsində “Xoş gəldin, Elnur Cəfərov” paylaşımını görsəniz, təəccüblənməyin.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 23:40 “And-aman edirdi ki...”