Mövsümə istədiyi kimi başlaya bilməyən növbəti çətin sınaq qarşısındadır.
11-ci turda Azərbaycan derbisində “Qarabağ”a 2 cavabsız topla uduzan bakılılar bu dəfə “İmişli”ni qəbul edəcək.
Debütantın müdafiə futbolu sərgiləyərək bir çox rəqiblərinə başağrısı yaratması “Neftçi”dəkiləri narahat etməyə bilməz.
Üstəlik, komandalar arasındakı ilk qarşılaşmada “ağ-qaralar” aran təmsilçisinin müqavimətini qıra bilməmişdi – 0:0.
Yekun nəticəsi paytaxt təmsilçisi üçün xüsusi önəm daşıyan oyundan əvvəl Sportinfo.az-a danışan müdafiəçi Elvin Bədəlov görüşün əhəmiyyətindən söz açıb:
“İmişli” çətin rəqibdir. Bunu geridə qalan oyunlarda göstəriblər. Müdafiədə sıxlıq yaradıb, əks-hücumlarda təhlükəli olurlar.
İkinci turda Şamaxıda keçirilən oyunda qapılarına qol vura bilməmişdik. İndi bir az da bərkiyiblər.
Həmin vaxt çempionat yeni başlamamışdı, komandada anlaşma səviyyəsi lazımi qədər deyildi. İndi şükürlər olsun, özümüzə gəlirik, qələbələr qazanırıq.
“Qarabağ”la oyundan əvvəlki turlarda qollar vurmağımız məhsuldarlıq probleminin qaydasına düşdüyünü göstərir. Hücumda keyfiyyət artıb.
İnanıram ki, qələbə bizim olacaq”.
Noyabrın 23-də “Palms Sports Arena”da keçiriləcək qarşılaşma saat 17:30-da başlayacaq.
HƏBİB

