Milli komandaların oyunları ilə bağlı Premyer Liqada yaranan fasilə başa çatıb.
Sportinfo.az xəbər verir ki, bu gün çempionatda 2-ci dövrəyə - 12-ci tura start verilib.
İlk oyun günündə əvvəlcə "Karvan-Yevlax" "Kəpəz"i qabul edib. Bölgə təmsilçisi bu turdan başlayaraq ev oyunlarını təmirdən çıxmış doğma arenasında keçirib.
Beləliklə, 16 illk fasilədən sonra Premyer Liqa oyunlaırı Yevlaxa qayıdıb. Qarşılaşma "Kəpəz"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Gəncə təmsilçisi sonuncu yerdən qurtulub. Komanda "Karvan-Yevlax" və ehtiyatda bir oyunu olan "Qəbələ"ni qabaqlayaraq 10-cu pilləyə yüksəlib.
Günün digər matçında isə lider "Qarabağ" "Sumqayıt"ın qonağı olub. Görüşdə Ağdam təmsilçisi 4:2 hesablı qələbə qazanıb.
59-cu dəqiqədə "Sumqayıt" azlıqda qalıb. Komandadan Rayan Senhadji meydandan qovulub. 77-ci dəqiqədə isə "Sumqayıt"dan Aleksandr Ramalinqom penaltini dəqiq yerinə yetirə bilməyib.
Hazırda bir oyun az keçirən "Qarabağ"ın 26, "Sumqayıt"ın isə 20 xalı var.
14:00. "Karvan-Yevlax" - "Kəpəz" 1:2
Qollar: Araz Adullayev, 31 // Luis Paçu, 14, Rauf Hüseynli, 76-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR: Rəşad Əhmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Yevlax şəhər stadionu
"Karvan-Yevlax": 1. Kamran İbrahimov 7. Araz Abdullayev (k) 32. Elvin Yunuszadə 6. Vadim Abdullayev 33. Eltun Turabov 13. Vüsal Məsimov 2. Şakil Sno 11. Kayl Spens 19. Tompson Qavi 8. Peter Kings 21. İmani Barker
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 42. İbrahim Qədirzadə 22. Qabil Əlizadə 14. Uğur Cahangirov 77. Əli Abdullayev 5. Nika Çaçaşvili 12. Vitor Roşa 37. Mois Nqvisani 3. Said İranxan 10. Samuel Durrant 4. Olavale Doyeni
Baş məşqçi: Azər Həşimov
"Kəpəz": 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 88. Şakir Seyidov 17. Ümid Səmədov 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 10. Ryonosuke Ohori 6. Pedro Qomeş
Ehtiyat oyunçular: 1. Kaçper Rosa 81. Elgün Bayramov 99. Əli Səmədov 5. Rauf Hüseynli 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 14. Adama Fofana 55. Kresus Donqo 38. Cefferson Bentu
Baş məşqçi: Azər Bağırov
19:00. "Sumqayıt" - "Qarabağ" 2:4
Qollar: Höccət Haqverdi 32, Nsana Simon 83 // Leandro Andrade 6, Toral Bayramov 42, Abdullah Zubir 63, Aleksey Kaşuk 90+3
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Kamran Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
"Sumqayıt": 1. Mehdi Cənnətov, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 71. Masaki Murata, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 19. Roi Kehat, 10. Nikola Ninkoviç, 23. Ronaldo Vaskes, 95. Nsana Simon.
Baş məşqçi: Saşa İliç.
"Qarabağ": 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 7. Nəriman Axundzadə, 8. Marko Yankoviç, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk.
Baş məşqçi: Qurban Qurbanov.

