Paylaşılan status 24 saat ərzində aktiv olacaq - “Vatsap”dan daha bir yenilik

22 Noyabr 2025 07:10 Hadisə 395
Paylaşılan status 24 saat ərzində aktiv olacaq - “Vatsap”dan daha bir yenilik

Vatsap tətbiqetmədə yer alan “Məlumat” bölməsinin yenilənmiş versiyasını təqdim edib.

Yenilənmiş interfeysə malik funksiya artıq şəxsi söhbətlərin və istifadəçi profilinin yuxarısında əks olunacaq.

Həmin bölmə qısa mesajlar və emojiləri paylaşmağa imkan verir. İstifadəçilər həmsöhbətlərinin “Məlumat” bölməsində paylaşdıqlarına müvafiq bildirişə toxunaraq birbaşa söhbət vasitəsilə cavab verə biləcəklər.

Paylaşılan status 24 saat ərzində aktiv olacaq, lakin onun müddətini parametrlərdə artırmaq və ya azaltmaq mümkündür.

Bundan başqa, vatsapda məxfilik parametrləri də genişləndirilib. İstifadəçilər artıq məlumatın kimə görünəcəyini seçə bilərlər.

Funksiyanın tətbiqinə bu həftə mobil cihazlarda başlanılacaq və bütün istifadəçilər üçün əlçatan olacaq.


Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Aprel 07:40 Ömrü uzadan 10 qida