"Ayxan Abbasov tənqidlərdən nəticə çıxartdı".
Bu açıqlama tanınmış teleşərhçi Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində millinin baş məşqçisi Ayxan Abbasovun İslandiya və Fransa ilə son oyunlarda üstünlük verdiyi taktiki gedişləri incələyib.
Ekspert bildirib ki, yığmamız islandlarla matçda (0:2) dərin müdafiə olunub, bu üzdən futbolçular özünü göstərməyə, hücuma çıxmağa çətinlik çəkib.
E.Abbasov deyib ki, Fransa ilə qarşılaşma bir qədər fərqli məcrada keçib, çünki A.Abbasov taktiki planda dəyişikliyə gedib.
Həmçinin qeyd edib ki, gənc çalışdırıcı mediaya münasibətdə həssasdır, barəsində yazılan məqalələrlə tanışdır, iradlardan nəticə çıxarmağı bacarır.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

