AFFA qərar verdi, bu komanda yarışdan kənarlaşdırıldı

22 Noyabr 2025 02:40 Azərbaycan Futbolu 1 755
AFFA qərar verdi, bu komanda yarışdan kənarlaşdırıldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda bu qurumun bayrağı altında keçirilən bəzi yarışlarla bağlı aşağıdakı qərarlar qəbul edilib.

Region Liqasında keçirilməli olan “Zəfər 44” – “Naxçıvan” FK oyunu “Zəfər 44” komandası ev sahibi kimi öhdəlikləri icra etmədiyinə görə baş tutmadığı üçün bu komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Liqasında keçirilməli olan “Kəpəz” PFK – “Qoşqar” oyunu “Qoşqar”da yetersay düzəlmədiyi üçün baş tutmadığına görə “Qoşqar”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Liqasında keçirilməli olan “Difai” FK – “Kürdəmir” FK oyunu “Difai” təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığına və “Difai” komandası artıq 3-cü dəfədir oyuna gəlmədiyi üçün bu komanda yarışlardan kənarlaşdırılıb.

Yüksək Qızlar Liqasının “Zaqatala” QFK – “Liman” UFK oyunu “Zaqatala”da yetersay düzəlmədiyi üçün baş tutmadığına görə “Zaqatala”y 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-14 Qızlar Liqasının “Mil-Muğan” (İmişli) – “Çinar” (Göyçay) oyununda “Mil-Muğan” protokoldan kənar oyunçularla oyuna gəldiyi, eyni zamanda yetərsay düzəlmədiyindən oyun baş tutmadığına görə “Mil-Muğan”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti