"Şükür ki, medalsız qalmadım, müəyyən səhvlərim oldu”

03:40 Güləş 59
"Şükür ki, medalsız qalmadım, müəyyən səhvlərim oldu”

Azərbaycan sərbəst güləşçisi Ağanəzər Novruzov İslamiadada qızıl medala ümid edib.

Sportinfo.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanan idmançı jurnalistlərə açıqlamasında deyib.

74 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxan təmsilçimiz yarışa ciddi hazırlaşdığını bildirib:

"Şükürlər olsun ki, medalsız qalmadım. Müəyyən səhvlərim oldu, final görüşümdə ehtiyatlı davranırdım.

Əslində İslamiadada qızıl medala ümid edirdim. Əlimdən gələni etdim ki, yüksək nəticə qazanım, lakin olmadı.

İnanıram ki, qarşıdakı yarışlarda eyni səhvləri buraxmayacağam".

Ağanəzər Novruzov həlledici görüşdə İran idmançısına 0:5 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 17:50 Çək və bizə göndər!
21 Noyabr 08:30 Elçinin nə problemi var?