Azərbaycan futbolunda gülməli olay yaşanıb.
Premyer Liqanın 12-ci turu çərçivəsində keçirilən “Karvan Yevlax” - “Kəpəz” matçında futbolçu əvəzlənməsinə etiraz edib.
Oyunun 26-cı dəqiqəsində yevlaxlıların baş məşqçisi Azər Həşimov Vüsal Məsimovu Əli Abdullayevlə əvəzləmək qərarına gəlib.
Protokol dördüncü hakimə təqdim olunduqdan sonra Abdullayev Vüqar Həsənliyə yaxınlaşıb.
Hakim əvəzermə fasiləsi verən anda Məsimov meydanı tərk etmək fikrində olmadığını deyib.
Komanda yoldaşları Vüsalı dilə tutmağa çalışıb. Lakin o, fikrindən dönməyib.
Nəticədə əvəzetmə ləğv olunub.
HƏBİB / SPORTİNFO.AZ

