Əcnəbi rəhbər Əliyar Ağayevi BAĞIŞLAMADI

21 Noyabr 2025 19:40 Azərbaycan Futbolu 1 125
Əcnəbi rəhbər Əliyar Ağayevi BAĞIŞLAMADI

Əliyar Ağayev AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekerin qəzəbinə tuş gəlib.

Belə ki, belçikalı mütəxəssis FİFA dərəcəli hakimi cəzalandırıb.

Ağayevin Premyer Liqanın 12-ci turunda təyinat almaması birbaşa bununla bağlıdır.

Səbəb isə 11-ci turun "Zirə" - "Turan Tovuz" görüşündə səhvə yol verməsi olub.

Təcrübəli hakim ikinci yarının gedişində Brahim Konateni qırmızı vərəqə ilə meydandan qovmuş, ardınca VAR-a baxaraq qərarını ləğv etmişdi.

Turun icmalında De Bleker hakimin bu addımını səhv olaraq dəyərləndirmişdi.

Əvvəlki turlarda daha böyük xətası olan referiləri bağışlayan əcnəbi mütəxəssis bu dəfə güzəştə getməyib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti