Çempionlar Liqasının Liqa mərhələsində 4-cü turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçisi “Qarabağ” da meydana çıxacaq.
Qurban Qurbanovun komandası Bakıda İngiltərə nəhəngi “Çelsi”ni qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
"Çelsi" hazırda turnir cədvəlində 13-cü, "Qarabağ" isə 15-ci pillədə qərarlaşıb. Hər iki komandanın 6 xalı var.
“Qarabağ” “Çelsi” ilə artıq iki dəfə qarşılaşıb. Ağdam təmsilçisi 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində Londonda 0:6, Bakıda isə 0:4 hesabı ilə rəqibinə uduzub.
21:45. "Qarabağ" (Azərbaycan) – "Çelsi" (İngiltərə) 2:2
Qollar: Leandro Andrade, 28, Marko Yankoviç, 38 (p) - Estevao, 16, Qarnaço, 51
Baş hakim: Sebastian Qishamer (Avstriya)
Tofiq Bəhramov adına Respublika Stadionu
"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 17. Kamilo Duran, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabiyan Buntiç, 3. Sami Mmae, 6. Kris Kuaku, 7. Nəriman Axundzadə, 11. Emmanuel Addai, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
"Çelsi": 1. Robert Sançes, 3. Mark Kukurelya, 4. Tosin Adarabioyo, 11. Ceymi Gittens, 17. Andrey Santos, 20. Juan Pedro, 21. Jorrel Hato, 24. Ris Ceyms (k), 32. Tayrik Corc, 41. Estevan, 45. Romeo Laviya.
Ehtiyat oyunçular: 12. Filip Yorgensen, 50. Maks Merrik, 8. Entso Fernandes, 9. Liam Delap, 23. Trevo Çaloba, 25. Moyzes Kaysedo, 27. Malo Qusto, 29. Uelsi Fofana, 34. Coşua Açimponq, 38. Mark Qiu, 40. Fakundo Buonanotte, 49. Alexandro Qarnaço.
Baş məşqçi: Entso Mareska.

