Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Real” (Madrid) İspaniyada "Yuventus”a minimal hesabla qalib gəlib.
Sportinfo.az xəbər verir ki, bu matçın ən yaxşısı klubun türkiyəli yarımmüdafiəçisi Arda Gülər olub.
Oyunu 8,5 balla qiymətləndirilən futbolçuya bu barədə maçtdan sonra məlumat verilib. Həmin məlumat isə onu təəccübləndirib.
Bu zaman A.Gülərin mimikası maraqla qarşılanıb. Daha sonra ona mükafat təqdim olunub.
Sözügedən matçda kral klubu “Yuventus”a 1:0 hesabı ilə qalib gəlib.
Həmin anları təqdim edirik:

