Millimiz DÇ-da üçüncü oldu, tarixinin ən yaxşı nəticəsinə imza atdı

03:30 Güləş 133
Millimiz DÇ-da üçüncü oldu, tarixinin ən yaxşı nəticəsinə imza atdı

Azərbaycanın yunan-Roma güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında üçüncü yeri tutublar.

Sportinfo.az xəbər verir ki, 2 qızıl və 1 bürünc medal qazanan yığma 93 xalla komanda hesabında üçüncü olub.

Milli medalların əyarına görə tarixinin ən yaxşı nəticəsinə imza atıb.

Azərbaycan yalnız İran (143) və Ukraynadan (96) geri qalıb.

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında DÇ-yə qatılan heyətdə Elmir Əliyevlə (55 kq) Ziya Babaşov (63 kq) dünya çempionu olub. Ruslan Nurullayev (72 kq) isə üçüncü yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 18:10 Çək və bizə göndər!
23 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM