
"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində ilk məğlubiyyətini aldı.
Təmsilçimiz İspaniyada "Atletik"lə bacarmadı.
Bilbaolular erkən buraxılan qola rəğmən görüşdə dönüş etməyi bacardı - 3:1.
Matçdan sonra məğlubiyyətə azarkeşlərin yanaşması müxtəlif olub.
Kimisi baş məşqçi Qurban Qurbanovu qınayıb, kimisi də müxtəlif oyunçuları və görüşün baş hakimini.
Nəticəyə rəğmən Ağdam klubuna dəstək olan şəxslər də az olmayıb:
"2:1 olan zaman penaltimiz verilsəydi, qələbə topunu da vura bilərdik. Amma çox heyif".
"Yüz faizlik penalti idi, amma hakim vermədi".
"Heç nə bitməyib, hər şey yaxşı olacaq".
"Hələ qarşıda xallar qazana biləcəyimiz oyunlar var".
"Nərimanla bu iş alınmaz".
"Gör "Qarabağ" hansı səviyyəyə gəlib ki, səfərdə "Atletik"ə qalib gələ bilməməsinə üzülürük".
"Atletik" sanki həyatının son oyununa çıxmışdı".
"Səviyyə fərqi özünü göstərdi".
"Etiraf edək ki, qələbə "Atletik"in haqqı idi. Bizdə heç nə alınmadı".
"Əksəriyyət Nərimanı tənqid edir, amma ona bir normal top çatmadı".
XANOĞLAN / SPORTİNFO.AZ