Türkiyəli məşhur: “Azərbaycan millisinə çox hörmətlə yanaşıram, ancaq...”

02:30 Milli komanda 131
Türkiyəli məşhur: “Azərbaycan millisinə çox hörmətlə yanaşıram, ancaq...”

Donetsk “Şaxtyor”unun baş məşqçisi Arda Turan DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Ukrayna – Azərbaycan oyununu xatırlayıb.

Sportinfo.az xəbər verir ki, Polşadakı görüşü canlı izləyən türkiyəli mütəxəssis Ukrayna millisini dəstəklədiyini etiraf edib.

O, “Şaxtyor”un üzvlərinin həmin görüşdəki performansına da toxunub:

“Ukrayna – Azərbaycan matçını canlı izləyirdim. Açığı, hansı komandanı dəstəkləmək məsələsi mənim üçün asan deyildi.

Çünki Azərbaycan millisinə də çox hörmətlə yanaşıram. Ancaq Ukraynada işləyirəm və özümü bu xalqın bir hissəsi hiss edirəm.

Bu səbəbdən həmin matçda Ukraynanı dəstəklədim. Oyunçularımla qürur duyuram, onlar həm İslandiyaya, həm də Azərbaycana qarşı çox yaxşı çıxış etdilər”.

Arda Turan Ukrayna yığmasındakı həmkarı Sergey Rebrov barədə də müsbət fikirlər səsləndirib:

“Rebrovu təbrik etmək istəyirəm. O, gözəl iş görür. Komandanı dünya çempionatına daşıya bilər.

Mən Ukrayna millisinin azarkeşiyəm. Onlar çox yaxşı oyun nümayiş etdirdilər.

Doğrudan da, indi onlar üçün asan deyil. Çünki hər gün səyahət edirlər, başqa ölkədə oynayırlar. Bu, emosional olaraq çox çətindir”.

Ukrayna yığması İslandiyanı 5:3, Azərbaycanı isə 2:1 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 18:10 Çək və bizə göndər!
23 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM