"Azərbaycan atıcılarının III MDB Oyunlarındakı nəticələri çox yaxşıdır".
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın stend atıcılığının "trap" növü üzrə millisinin baş məşqçisi Ali Emre Güray jurnalistlərə açıqlamasında deyib.
O, 4 gümüş, 5 bürünc medal qazanmalarına baxmayaraq, əsas hədəflərinin idmançıların mübarizə aparması olduğunu bildirib:
"İdmançılar gənc olmalarına baxmayaraq, çox yaxşı nəticə göstərdilər. Yarışdan öncə əsas hədəfimiz idmançıların mübarizə aparması idi.
Medal sürpriz olacaqdı. Gözəl nəticələr göstərdik. İdmançılar çox yaxşı tüfəng atdılar".

