Millinin sabiq qapıçısı Emil Balayev «Neftçi»yə böyük güzəştə gedib.
Burada qalmaq istədiyindən, maaşının azaldılmasına razılıq verib.
Bu səbəbdən kiperin aylıq əməkhaqqısı 20 min manatdan 10000 manata endirilib.
29 yaşlı «əlcək sahibi» paytaxt təmsilçisinin öz yetirməsidir. 2011-2014-cü illərdə əsas komandanın formasını geyinib.
O. 2023-cü ildə yenidən doğma düşərgəyə dönüb. Lakin bu qayıdış Balayevi tam sevinməyə qoymayıb.
Həmin ilin yayında «Zenit»lə Sankt-Peterburqda keçirilən yoldaşlıq görüşündə ciddi zədə alıb. Odur ki, 1 ildən artıq müddətdə «çərçivə» üzünə həsrət qalıb, həmin müddətdə əməliyyat edilib.
Yalnız ötən mövsümün gedişində sıraya dönən Emil hazırda da oyun praktikasının azlığından əziyyət çəkir.
Faktiki olaraq üçüncü qapıçı statusundadır. Kenan Piriçin gəlişi ilə onun əsas heyətə düşmək ehtimalı çox azalıb. Çünki növbədə Rza Cəfərov da var.
SPORTİNFO.AZ


