Qəfil ayrılığın gerçək səbəbi var - Pulunu alacaq, problemi ciddidir

11:40 Zirə 1 477
Qəfil ayrılığın gerçək səbəbi var - Pulunu alacaq, problemi ciddidir

"Zirə"nin Vinsent Tillə qəfil yolları ayırmasının səbəbi müəyyənləşib.

Lüksemburqlu vinger iyulda aldığı zədə üzündən qəsəbə təmsilçisini tərk edib.

Ayaq nahiyəsindən ciddi xəsarət görmüş avropalı hələ bir neçə ay yaşıl meydanlara ayaq basmayacaq. 25 yaşlı yarımmüdafiəçinin gələn ilin ilk yarısını buraxmaq ehtimalı da mövcuddur.

Bütün bunlar nəzərə alınaraq, müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Vinsent Till yayda "Sabah"dan ayrıldıqdan sonra azad agent statusu ilə "Zirə"yə keçmişdi.

O, rəsmi oyunlarda debüt edə bilməsə də, "qartallar" üzərinə düşəni edib. Adıçəkilən əcnəbiyə noyabr və dekabr aylarının maaşını ödəməklə.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti