“Heç-heçə pis gündə əldə edə biləcəyimiz ən pis nəticə deyil”

“Heç-heçə pis gündə əldə edə biləcəyimiz ən pis nəticə deyil”

“Tottenhem”in baş məşqçisi Tomas Frank Çempionlar Liqasında “Monako”ya qarşı oyunu (0:0) şərh edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandasının hələ də Çempionlar Liqasında necə oynamağı öyrəndiyini, bu yarışdakı hər oyunun çətin olduğunu bildirib:

“Ötən mövsüm “Tottenhem” Premyer Liqada 17-ci yeri tutsa da, Çempionlar Liqasına vəsiqə qazanıb.

İndi addım-addım irəliləyirik. Qolsuz heç-heçə pis gündə əldə edə biləcəyimiz ən pis nəticə deyil”.

London klubu üç oyundan sonra Çempionlar Liqasının turnir cədvəlində 5 xalla 15-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti