"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi əsas mərhələnin III turunda İspaniyada "Atletik Bilbao"nun müvafiq yaş kateqoriyasından ibarət komandası ilə qarşılaşıb.
"Lesama Fasilitis" stadionunda təşkil olunan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda qolları Peyo Huestamendiya (4-cü dəqiqə), Maneks Lozano (70) və Kristian Mitoqo (89) vurub.
Bununla da aktivində 9 xalı olan "Atletik Bilbao" lider "Barselona"ya çatıb. "Qarabağ"ın xalı yoxdur.
"Qarabağ"ın U-19 komandası növbəti oyununu evdə İngiltərə "Çelsi"sinə qarşı keçirəcək.
"Atletik" - "Qarabağ" 3:0
Qollar: P.Huestamendia, 4, M.Lozano, 70, C.Mitoqo, 89

