
Bu həftə Çempionlar Liqasında 3-cü turun oyunları baş tutub.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, qarşılaşmalardan sonra “Opta” superkompüteri komandaların turnirdə qalib gəlmə ehtimallarını yenidən hesablayıb.
Ən yüksək şansa “Arsenal” sahib olub. Mikel Artetanın komandasının qələbə ehtimalı 21,13 faiz olaraq qiymətləndirilib.
Keçən mövsümün qalibi PSJ ikinci sırada qərarlaşıb. Parislilərin titulu qoruma ehtimalı 14,03 faiz təşkil edir.
Üçüncü yerdə isə 12,31 faiz göstərici ilə “Liverpul” yer alıb.
PSJ ötən mövsümün finalında “İnter”i 5:0 hesabı ilə məğlub edərək, turnirin qalibi olmuşdu.