"Qarabağ"ın yeganə qolunu vurdu, avrokubokların tarixinə düşdü

00:40 Qarabağ 166
"Qarabağ"ın yeganə qolunu vurdu, avrokubokların tarixinə düşdü

"Qarabağ"ın futbolçusu Leandro Andrade avrokubokların tarixinə düşüb.

Sportinfo.az xəbər verir ki, kabo-verdeli yarımmüdafiəçi UEFA bayrağı altında keçirilən üç müxtəlif oyunun birinci dəqiqələrində qol vuran ilk futbolçu olub.

O, buna hazırda davam edən Çempionlar Liqasının əsas mərhələsinin III turunda, İspaniyada "Atletik Bilbao" ilə oyunda fərqlənməklə nail olub.

Andrade daha əvvəl Avropa Liqasında İsveçin "Hakken" (2:1) klubu ilə oyunda, eləcə də Rumıniyanın FKSB komandası ilə matçda ilk dəqiqədə adını tabloya yazdırmağı bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 18:10 Çək və bizə göndər!
23 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM